"Qəbələ" ölkə kuboku üçün mükafat ayırdı FANTASTİK RƏQƏM

 "Qəbələ" Azərbaycan kubokunun finalında "Keşlə" ilə qarşılaşacaq.

 

Newsport.az xəbər verir ki, "qırmızı-qaralar"ın rəhbərliyi final oyunu üçün böyük mükafat qoyub. "Qəbələ" "Keşlə"ni məğlub edəcəyi təqdirdə, start heyətdə yer alan hər bir futbolçuya 20 min manat "premya" veriləcək.

 

Qeyd edək ki, "Qəbələ" tarixində ölkə kubokunu qazanmayıb.

 

Sözügedən görüş mayın 28-də, Qəbələ şəhər stadionunda keçiriləcək. Matçın start fiti saat 20:00-da səslənəcək. (Sportal.az)

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right