U-15 Liqası: «Vətən»dən vacib qələbə

“Boulevard U-15 Liqası"nda 23-cü turdan təxirə salınmış oyun keçiriib.

 

Newsport.az-ın məlumatına görə, «Vətən» «Neftçi Baza»da «Zirə»ni qəbul etdi.

 

Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı. Yeganə qolu 4-cü dəqiqədə «Vətən»in hücumçusu Şahin Kərimli vurdu.

 

Qələbə «Vətən»in çempionluğa 1 addım da yaxınlaşdırdı. Qızıl medallar üçün İlqar Mənsimovun komandasına «Qarabağ»la oyunda 1 xal da bəs edəcək.

 

Əgər 26-cı turlardan təxirə salınmış «Neftçi» - «Qəbələ» oyununda qonaqlar qalib gəlməsə, o halda «Vətən» 1-ci yeri vaxtından əvvəl təmin edəcək.

 

«Neftçi» - «Qəbələ» matçı sabah Binə qəsəbə stadionunda keçiriləcək. Qarşılaşmaya 15:00-da start veriləcək.

 

Yeri gəlmişkən, «Vətən»in qələbəsi «Keşlə» üçün düşərli oldu. Bu komanda sonuncu turun nəticələrindən asılı olmayaraq  3-cü yeri qarantiyaya aldı.  

 

Bombardirlər: Elvin Abdullayev («Vətən») – 32 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 26 qol.

 

«Het-trik news» qəzetinin və Sportinfo.az saytının birgə layihəsi





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right