"Xəzər"in rəhbərliyi də "Sabah"a keçəcək?

AFFA-nın sürpriz şəkildə Premyer Liqaya buraxdığı «Sabah» Arif Əsədovla bu gün yolları ayırdı.

Newsport.az-ın məlumatına görə, onun yerini bir başqa sabiq «Neftçi»li – Elşad Əhmədov tutdu.

I Divizionun çempionu olsa da, elitanın qapıları üzünə bağlı saxlanılan «Xəzər» onunla vidalaşmağa məcbur idi. Çünki Əhmədov bura Premyer Liqa xəyalı ilə gəlmişdi və AFFA tərs üzünü göstərincə, o da «Sabah»ı seçməli oldu.

Belə görünür ki, Elşad bəy «Xəzər»i «Sabah»a dəyişən yeganə şəxs olmayacaq. Fəaliyyətini dayandırması gözlənilən klubdan bu camiəyə daha bir neçə keçid gözlənilir.

Əhmədovun köməkçilərindən kimi özüylə aparacağı hələlik dəqiq olmasa da, hər halda Rövşən Babayevlə Kamil Qafarovun «Sabah»a ümid etdikləri bəllidi.

«Xəzər»in icraçı direktoru Emin Abbasovla baş menecer Gündüz Abbaszadənin isə Təhsil Nazirliyinin balansında yaradılan klubdan dəvət aldığı bildirilir. O məlumdu ki, hər iki şəxsin «Sabah»ın başında olan şəxslərlə münasibəti əvvəldən yaxşı olub. 

Maraqlıdı, AFFA-dan gözlənilən yerdəyişmələrə reaksiyası necə olacaq? «Xəzər»in üstündə əksər körpülər yanıb axı.

Baş katib Elxan Məmmədov «CBC Sport»dan ayrılan tanınmış jurnalistləri öz işçiləri hesab etsə də, aydın məsələdi ki, onlar artıq bir-birlərinə barışmaz mövqedə dayanıblar.

AFFA-nın təkbaşına və bildiyi kimi idarə edən Məmmədov son vaxtlar heç bir klubdan «Xəzər» qədər zərbə yeməmişdi. Aşağı dəstənin qızıl medalçısı mətbuatın gücündən maksim faydalanıb, baş katibi bir çox məsələlərdə küncə çıxışdırmışdı.

Bütün bunlardan sonra o, «Sabah»ın mehriban düşmənlərinin əlinə keçməsinə imkan verərmi? Sirr deyil ki, Premyer Liqanın debütantı ona yaxın insanların kurasiyasındadı və baş katibin burda baş verənlərə birbaşa qarşımaq gücü var.

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right