"Rəhbərliklə fikirlərimiz üst-üstə düşmədi" Arif Əsədov

I Divizionda 5-ci yeri tutaraq Premyer Liqaya vəsiqə qazanan "Sabah" baş məşqçisi Arif Əsədovla başa çatan müqaviləni uzatmayıb.

Newsport.az-ın məlumatına görəPaytaxt klubundan ayrılan təcrübəli mütəxəssis ayrılığın səbəbini açıqlayıb:

"Mövsümün sonunda müqaviləm başa çatmışdı. Yeni saziş üçün klubla danışıqlar oldu, lakin anlaşma olmadı. Rəhbərliklə fikirlərimiz üst-üstə düşmədi. Bu detalları isə tam şəkildə açıqlamaq doğru olmazdı".

Arif Əsədov "Sabah"a Premyer Liqada uğurlar arzulayıb:

 "Başqa təkliflər yoxdu. Klubdan bu gün ayrıldım. Gələcək taleyimi zaman göstərəcək. Sabah"a isə uğurlar arzu edirəm".

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right