Elşad Əhmədov “Xəzər”dən ayrıldı “Sabah”a keçir

Birinci divizonun qalibi “Xəzər”in baş məşqçisi Elşad Əhmədov tutduğu vəzifədən istefa verib.

Newsport.az-ın məlumatına görəbu haqda klubun icraçı direktoru Emin Abbasov məlumat verib. Onun sözlərinə görə, baş məşqçi Elşad Əhmədovla yollar qarşılıqlı razılıq əsasında ayrılıb.

Əldə etdiyimiz məlumata görə, E.Əhmədov karyerasını 2018-19 mövsümündə Premyer Liqada yarışacaq “Sabah”da davam etdirəcək. Artıq "Sabah"ın baş məşqçisi Arif Əsədovla yolları ayırdığı bildirilir.

E.Əhmədov özü "Sabah"a keçəcəyini təkzib etməyib: “Belə bir söhbət var, amma hələ heç nə dəqiqləşməyib. Bu gün axşama kimi hər şeyə aydınlıq gəlməlidir”.

Gənc mütəxəssis "Xəzər"dən ayrılması haqda danışarkən isə bunları deyib: "Xəzər"ə baş məşqçi təyin olunanda danışmışdıq ki, komanda Premyer Liqaya vəsiqə qazansa, işimi davam etdirəcəm. "Xəzər" yüksək liqaya buraxılmadığı üçün rəhbərliklə danışıb, yollarımızı ayırdıq".

Qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right