«Səbail» gümüş medalları qazandı Foto

Mayın 14-də «Bakcell U-17 Liqası»nda 32-ci turun oyunları keçirildi.

«Ağsu»nun qonağı olan «Səbail» rəqibini 7 cavabsız qolla darmadağın edərək birinciliyin başa çatmasına 1 tur qalmış gümüş medalları qazandı. Komandanın hücumçusu Xəlil Bəşirov «poker» edərək çempionatın ən sərrast 2-ci futbolçusu oldu. Sonuncu turda Füzuli Məmmədovun komandası məğlub olsa, «Neftçi» isə qalib gəlsə belə, bu komandaların xalları bərabər olacaq. Amma şəxsi görüşlərdə (1:3, 2:2, 3:0) top fərqində üstünlük «Səbail»in tərəfində olduğundan «Zirə» ilə qarşılaşma «Səbail» üçün formal xarakter daşıyacaq.

«Gümüş»ə ümid edən digər 2 komanda – «Neftçi» və «Keşlə» də bu tur qalib gəldi. Müşviq Qənbərovun komandası «Xəzər Lənkəran»ı böyük hesabla məlğub etdi. «Keşlə» isə səfərdə «Zirə»ni 1 top fərqilə yendi.

Daha bir darmadağın Sumqayıtda qeydə alındı. Çempionatın autsayderi «Mil-Muğan»ı qəbul edən «Sumqayıt» rəqibi 7 dəfə cəzalandırdı. Özü də bu qolların 5-i İbrahim Novruzovun payına düşdü. Bununla İbrahim bombardirlər yarışında liderliyə yüksəldi.

«Zirə» - «Keşlə» 1:2

Qollar: Kənan Əsədli, 31; Ceyhun Nuriyev, 37 – Ramin Əhmədov, 42 (pen.)

«Neftçi» - «Xəzər Lənkəran» 5:1

Qollar: Vüsal Əsgərov, 4 (pen.), 54, 58; Nicat Musayev, 60; Orxan Fərəcov, 83 – Sadiq Ağazadə, 16 (avtoqol)

«Sumqayıt» - «Mil Muğan» 7:0

Qollar: İbrahim Novruzov, 11, 16, 52, 61, 63; Əli Əfəndiyev, 72; Cavidan Abaszadə, 84

«Qəbələ» - «Kəpəz» 3:1

Qollar: Təbriz İsazadə, 6 (pen.); Fərid İsgəndərov, 61; İbrahim Camalov, 77 – Ayxan Quluzadə, 79

«Ağsu» - «Səbail» 0:7

Qollar: Rəvan Mədədzadə, 6; Bayraməli Qurbanov, 35; Xəyal Bədirov, 50; Xəlil Bəşirov, 72, 76, 79, 88

«Qarabağ» - «Neftçi» İK İB 3:2

Qollar: Kənan Qasımov, 17, 79; Əli Nəcəfli, 34 – Nəzər Bədəlov, 64, 89

Bombardirlər: İbrahim Novruzov («Sumqayıt») - 30, Xəlil Bəşirov («Səbail») – 29 qol, Xəyal Bədirov («Səbail») - 27 qol, Nicat Musayev («Neftçi») – 26.

U-17 Liqasında sonuncu – 33-cü turun oyunları mayın 21-də keçiriləcək: «Kəpəz» - «Neftçi», «Xəzər Lənkəran» - «Ağsu», «Səbail» - «Zirə», «Keşlə» - «Qarabağ», «Neftçi» İK İB – «Sumqayıt», «Mil Muğan» - «Qəbələ». Oyunların başlama vaxtı və yeri haqqında əlavə məlumat verəcəyik.

«Het-trik news» 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right