1,2 milyon avro - Almeydanın "Qarabağ"dan getməsinin sirri!

"Qarabağ"la Riçard Almeydanın yollarının ayrılacağı artıq dəqiqdi.

Newsport.az-ın məlumatına görə, mayın 11-də isə Qurban Qurbanovdan təsdiq cavabı gəldi.

Ağdam təmsilçisinin baş məşqçisi 6 ildi komandanın şərəfini qoruyan 29 yaşlı yarımmüdafiəçisinin müqaviləsini uzatmaq istəmədiyini bildirib.

O, "sambaçı"nın daha sərfəli təkliflər almasını xatırladaraq, vidaya səbəb kimi məhz bunu göstərib. Cənubi amerikalı orta sahə oyunçusu Türkiyə, İtaliya, Çin və ərəb ölkələrindən bir neçə dəvət alıb.

"Qarabağ"da 500 min avro qazanan Almeydanın yeni klubundan alacağı məbləğ göz qamaşdırır. Nə az, nə çox – 1,2 milyon avro!





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right