Polşa klubu "Qarabağ"ın futbolçusunu transfer hədəfinə aldı

“Qarabağ” daha bir futbolçusu ilə yolları ayıra bilər.

Newsport.az xəbər verir ki, Ağdam təmsilçisinin haitili yarımmüdafiəçisi Donald Gerye Polşada çıxış edə bilər. Yerli mətbuatın yaydığı məlumata görə, Ekstraklasada çıxış edən "Qurnik" klubu Haiti millisinin üzvünü icarə əsasında heyətinə qatmaq istəyir.

Qeyd edək ki, 29 yaşlı futbolçu 2013-2016-cı illərdə Polşanın “Visla” klubunda çıxış edib. Geryenin "Qarabağ"la 1 illik müqaviləsi qalıb.

Haiti millisinin üzvü  “Qarabağ”a ötən il “Alanyaspor”dan transfer olunmuşdu.

Qeyd edək ki, Pedro Enrike "Qarabağ"dan ayrılıb. Riçar Almeydanın isə "atlılar"la müqavilə uzatmaycağı böyük ölçüdə dəqiqləşib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right