Azərbaycanlı hakim Belçika - İspaniya oyununa təyinat aldı

Azərbaycanlı hakim Rza Məmmədov İngiltərədə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Avropa çempionatının final mərhələsində daha bir təyinat alıb.

Newsport.az xəbər verir ki, FİFA referisi köməkçisi 1/4 final mərhələsində Belçika - İspaniya oyununda yan xətt hakimi funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın baş hakimi irlandiyalı Rob Harvey olacaq.

Belçika - İspaniya matçı bu gün Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right