"Qəbələ"nin legioneri Hollandiya klubunun hədəfində

"Qəbələ"də ayrılıq baş verə bilər.

Newsport.az-ın məlumatına görə, ötən yay Hollandiyanın "Den Haaq" klubundan transfer olunan Dion Omar Malone "qırmızı qaralar"ın düşərgəsindən ayrılmaq variantı var. 29 yaşlı dayaq yarımmüdafiəçi sabiq komandası "Den Haaq"ın transfer hədəfindədir. Surinam əsilli hollandiyalı futbolçu ilə yanaşı, "Tvente"dən Hidde Ter Avest və "Ayaks"dan Deyovaysio Zeefuykun da adı "Den Haaq"la hallanır.

29 yaşlı futbolçu Preyerm Liqada 18 oyunda (1085 dəqiqə) meydana çıxıb. Malonenin "Qəbələ" ilə 2019-cu ilə qədər müqaviləsi var.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right