"... bütün futbolçular heyətdən uzaqlaşdırılmalıdır" - Tərlan Əhmədov

Neftçi” Azərbaycan Premyer Liqasında 27-ci turunda “Səbail”ə 2:0 hesabı ilə qalib gəlib.

Newsport.az xəbər verir ki, oyundan sonra "ağ-qaralar"ın baş məşqçisi Tərlan Əhmədov matç barədə fikirlərini səsləndirib:

“Oyundan razı qalmasam da, nəticədən razıyam. "Neftçi"ni qəbul edəndə bir xalı var idi. 8 aylıq əziyyətimizin nəticəsini görmək istəyirik. Üçüncü yer uğrunda mübarizəni davam etdiririk. Nəticələr göstərir ki, son zamanlar KİV və digər yerlərdə klubumuz haqda gəzən şayiələr komandaya heç bir təsir etməyib. Komandaya yeni gələndə deyirdilər ki, bütün futbolçular heyətdən uzaqlaşdırılmalıdır. İndiyə qədər iki şeyi deməmişəm: bu komanda mənimdir və vaxta ehtiyacım var. Futbolçulara və azarkeşlərə minnətdaram”.

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz