"Nə “Qarabağ”, nə də başqa klubla danışıq aparmışam" Rahid Əmirquliyev

“Həmişəki kimi qələbə üçün meydana çıxmışdıq. Bilmirəm niyə, amma matçın ilk dəqiqələrində oyunumuz alınmadı. “Keşlə” qazandığı bütün şanslarından istifadə etdi və qapımızda qollar gördük. Bilmirəm, ot örtüyü mane oldu bizə, ya başqa bir şey. Ola bilər ki, motivasiyamız aşağı olsun. Bir sözlə, oyunumuz alınmadı. Bizdən fərqli olaraq, “Keşlə”də oyunları istədikləri kimi alındı”
 
Newsport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Rahid Əmirquliyev  Topaz Premyer Liqasının 27-ci turunda səfərdə “Keşlə”yə məğlub olduqları matçdan (0:3) sonra jurnalistlərə açıqlamasında deyib.
 
O, komandadakı taleyi haqda da danışıb: “Müqaviləm yayda bitir. Görək də, hələki heç bir təklif yoxdur klubdan. Nə “Qarabağ”, nə də başqa klubla danışıq aparmışam. Hər futbolçu komandasında meydana çıxmaq istəyir. Heç kim kənarda oturmaq istəməz. Mövsümün sonunda komandada taleyim bəlli olacaq”.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right