Premyer Liqada gümüş medalçı müəyyənləşdi

“Qəbələ” Azərbaycan Premyer Liqasının 27-ci turunda "Sumqayıt"ı səfərdə 2:0 hesabı ilə məğlub edib.
 
Newsport.az xəbər verir ki, "qırmızı-qaralar" bu nəticə ilə gümüş medalı təmin edib. Sona bir tur qalmış Roman Qriqorçukun yetirmələri ən yaxın izləyicisi “Neftçi”ni 6 xal qabaqlayır.
 
Son turda isə üçüncü yerin sahibi müəyyənləşəcək. 43 xala malik “Neftçi”, həmçinin, 41 xallı “Zirə” və hesabında 40 xal olan “Sumqayıt” bürünc medalları qazanmaq şansı var.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right