Yuri Maksimov Ukrayna klubuna keçir

Yuri Maksimov mövsümün sonunda “Keşlə”dən ayrıla bilər.

Newsport.az-ın məlumatına görə, ukraynalı mütəxəssisin ölkəsinin klublarından birini çalışdıra biləcəyi iddia olunur. Onun təxminən 1 həftə öncə Kiyevdə olduğu və adı açıqlanmayan klubun nümayəndələri ilə bir sıra işgüzar görüşlər keçirdiyi bildirilib.

İddiaya görə, Maksimov özü də yenidən vətənində çalışmağın əleyhinə deyil. O, daha ciddi hədəfləri olan klubda işləmək istəyir.

Qeyd edək ki, “Keşlə”ni Azərbaycan kubokunun finalına yüksəldən ukraynalı mütəxəssis ölkəsində MOİK, “Obolon”, “Krivbass” və “Metallurq” (Donetsk) kimi komandaları çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right