"Qəbələ", "Neftçi" və "Zirə" qalib gəldi Yenilənib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçiriləcək. 
 
Newsport.az-ın məlumatına görə, həftənin bir matçı fərqli saatda keçiriləcək. Bu da "Qarabağ”ın çempionluğu təmin etməsi, "Keşlə”nin isə heç bir iddiasının qalmaması ilə bağlıdır. Digər üç qarşılaşma isə həm mükafatçıların müəyyənləşməsi, həm də Avropa Liqasına vəsiqə qazanmaq baxımından önəmlidir.
Çempionatın başa çatmasına bir tur qalmış gümüş və bürünc medalların sahibi bəlli ola bilər. Bunun üçün "Sumqayıt” "Qəbələ”yə qalib gəlməli, "Neftçi” "Səbail”ə uduzmalı, "Zirə” isə "Kəpəz”lə dueldə xal itirməlidir. Belə olacağı halda, "qırmızı-qaralar” ikinci, Sumqayıtın eyni adlı təmsilçisi isə üçüncü yeri təmin edəcək. Lakin bu ssenarinin reallaşacağı elə də inandırıcı görünmür.
 
Hazırda 46 xalla 2-ci pillədə qərarlaşan "Qəbələ”yə mövqeyini qorumaq üçün 1 xal da kifayətdir. "Neftçi”nin evdə xal itirməsi də "qırmızı-qaralar”ın işinə yarayacaq. "Sumqayıt” isə tarixində ilk dəfə avrokuboka düşmək arzusunu gerçəkləşdirmək şansını qorumaq üçün mütləq qalib gəlməlidir.
Eyni sözlər "Sumqayıt”la eyni – 40 xala malik "Neftçi”yə də aiddir. Dördüncü sırada yer alan "ağ-qaralar” çempionatda heç bir iddiası qalmayan "Səbail”i üstələməklə, Avropa Liqasına düşmək yolunda önəmli addım atmış olacaqlar.
 
"Zirə”nin taleyi öz əlində olmasa da, şans hələ də var. Hazırda 38 xalla 5-ci pillədə lövbər salan qəsəbə klubu I Diviziona düşməsi rəsmiləşən "Kəpəz”i məğlub edib, "Sumqayıt” və "Neftçi”nin xal itirməsinə ümid etməlidir.
 
Azərbaycan Premyer Liqası
XXVII tur
12 may (şənbə)
 
17:00. "Keşlə” – "Qarabağ” - 3:0
Qollar: Andre Klennon, Pərdis-Fərcad Azad, 8, Slavik Alxasov, 19
Hakimlər: Rəşad Əhmədov, Mehman Mahmudov, Namiq Hüseynov, Rəhim Həsənov
Bakı. "İnter Arena” 
 
 
19:00. "Sumqayıt” – "Qəbələ” 0:2
Qol: Baqali Dabo, 36, Cavid Hüseynov, 88
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
Sumqayıt. "Kapital Bank Arena”
 
 
19:00. "Neftçi” – "Səbail” 3:1
Qollar: Namiq Ələsgərov, 33, Rəhman Hacıyev, 37, Lukas Qomes, 80 - Yevgeni Koçuk, 84 (pen.)
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ziya Nəsirov
Bakı. "Dalğa Arena” 
 
 
19:00. "Zirə” – "Kəpəz” 2:1
Qollar: Riçard Qadze, 41, Tellur Mütəllimov, 74 - Şəhriyar Rəhimov, 45+1
Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Elman Kərimov, Vüqar Həsənli
Bakı. Zirə İdman Kompleksinin stadionu




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right