"Xəzər" mükafatlandırıldı

Azərbaycan birinci divizionunda 2017-2018 mövsümünün qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Newsport.az-ın məlumatına görə, sonuncu turun "Şüvəlan" - "Xəzər" oyunundan (2:0) sonra öncə "Şüvəlan"ın üzvlərinə bürünc, ardınca "Qaradağ Lökbatan"ın futbolçularına gümüş medallar verilib. Sonda isə çempionatı ilk pillədə başa vuran "Xəzər"ə qızıl medallar və kubok təqdim olunub.

Qeyd edək ki, mükafatlar Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev tərəfindən təqdim olunub.
 

 


 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right