"Xəzər"in Premyer Liqaya buraxılmamasının səbəbi

AFFA İcraiyyə Komitəsinin (İK) üzvü Qurban Qurbanov I Divizionun qalibi "Xəzər" klubunun Azərbaycan Premyer Liqasına buraxılmasına mane olan səbəbi açıqlayıb. 

Newsport.az-ın xəbərinə görə, Qurbanov klubun bank təminatının olmadığını bildiri: "Bu klubun "bank təminatı" yoxdur. Bu, yoxdursa, artıq nəsə demək olmur. Lisenziyalaşdırma tələblərinə əməl etmək lazımdır. Kim əməl edirsə, Premyer Liqada yerini almalıdır".

Qeyd edək ki, yalnız "Sabah" lazım olan sənədləri tam şəkildə təqdim edib. AFFA Lisenziyalaşdırma Qrupu sabah yekun qərarı açıqlayacaq. "Sabah" elitaya buraxılsa, "Kəpəz" I Diviziona göndəriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right