"Gümüş"ün "Vətən"i

Aprelin 10-da U-16 Liqasında 31-ci turun oyunları keçirildi.

 

Newsport.az-ın məlumatına görəturun mərkəzi oyunu Aviasiya Akademiyasının meydanında baş tutdu.

 

Burda medallar uğrunda mübarizə aparan və eyni xala malik «Zirə» ilə «Keşlə» üz-üzə gəldi. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatdı.

 

Medallar uğrunda mübarizə aparan daha bir iddialı «Neftçi» isə çempionluğunu rəsmiləşdirən «Qəbələ»ni səfərdə böyük hesabla məğlub etdi. İndi «Zirə» ilə «Neftçi» eyni xala malikdi. Amma şəxsi görüşlərə görə «Zirə» daha öndədi.

 

«Qəbələ»nin qızıl medallara sahib çıxmasından sonra gümüş medalların da sahibi demək olar ki, məlumdur. Bu, Tovuzda «Turan»ı məğlub edən «Vətən»di.

 

Fərrux İsmayılovun komandası çempionatın başa çatmasına 2 tur qalmış ən yaxın izləyicilərini 6 xal qabaqlayır. «Vətən»in 2-ci yeri rəsmiləşdirməsinə yalnız 1 məqam mane ola bilər. Belə ki, komanda «Kəpəz» və «Qarabağ»la matçlarda məğlub olmalıdır.

 

O şərtlə ki, «Neftçi» 2 oyunda böyük hesabla qalib gəlməklə (minimum 10 top) 6 xal götürsün. Bu halda şəxsi görüşlərdə bərabərlik olan «Neftçi» «Vətən»dən «gümüşü» qopara bilər.

 

«Zirə» də qalan oyunlarda qalib gələrsə, o halda top fərqi önəmli olmayacaq və 3 komandanın öz aralarında topladığı xallara əsasən «Vətən» 2-ci olacaq. Hər halda bütün bunlar fərziyyədir və reallaşma ehtimalı həddən artıq azdır.

 

31-ci tur (10 may)

«Zirə» - «Keşlə» 1:0

«Turan» - «Vətən» 1:5

«Səbail» - «Neftçi» İK İB 0:1

«Qəbələ» - «Neftçi» 1:4

«Kəpəz» - «Qarabağ» 1:2

 

U-16 Liqasında 32-ci turun oyunları mayın 17-də keçiriləcək: «Vətən» - «Kəpəz», «Neftçi» - «Turan», «Keşlə» - «Qəbələ», «Neftçi» İK İB – «Zirə», «Sumqayıt» - «Səbail».

 

Bombardir: Emil Quluzadə («Vətən») – 25 qol.

 

«Het-trik news» qəzetinin və Sportinfo.az saytının birgə layihəsi





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right