Makedoniya millisinin sabiq üzvü: “Azərbaycandakı taleyim qeyri-müəyyəndir”

Qış fasiləsində “Zirə”yə 3 legioner cəlb oldunu. Aleksandr Dedov,  Comal Uilyams və Yani Urdinovla güclənən “Zirə” hələ ki, bu oyunçulardan istədiyini ala bilmir.

Məsələ burasındadır ki, qış fasiləsindən sonra “Zirə” ən faciəvi periodunu keçirir. Düzdür, “Zirə” ötən tur “Səbail”i məğlub etməyi bacardı. Amma məlum məsələdir ki, bir gül ilə bahar olmur. 

Qışda komandaya böyük ümidlərlə transfer olunan legionerlərdən biri Yani Urdinovun müqaviləsi mövsümlə birgə başa çatır. Məlumat üçün bildirək ki, müqavilə ilə “Bohemians” (Çexiya) klubuna məxsus olan Yani “Zirə” ilə yola davam etmək istəyir. Amma klub onunla bağlı hər hansı bir fikir açıqlamayıb.

Newsport.az-ın məlumatına görə, bu barədə Urdinovun özü məlumat verib: “Hazırda qarşıdakı iki oyunu düşünürəm. Azərbaycanda qalıb-qalmayacağımı bilmirəm. Müqaviləm başa çatır, amma hazırda gələcəklə bağlı konkret danışa bilmirəm. Çünki Azərbaycandakı taleyim qeyri-müəyyəndir”.

Qeyd edək ki, 27 yaşlı Urdinov Makedoniya milli komandasının sabiq üzvüdür. 

Futbol11.az

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right