Fərrux İsmayılovun komandası Tovuzda qalib gəlsə…

Bü gün U-16 Liqasında 31-ci turun oyunları keçiriləcək.

 

Turun mərkəzi oyunu Aviasiya Akademiyasının meydanında baş tutacaq.

 

Burda medallar uğrunda mübarizə aparan və eyni xala malik «Zirə» ilə «Keşlə» qarşılaşacaq. Daha bir iddialı «Neftçi» isə çempionluğunu rəsmiləşdirən «Qəbələ»nin qonağı olacaq. «Vətən» Tovuz səfərindən qələbə ilə dönəcəyi halda böyük ölçüdə «gümüş»ü rəsmiləşdirəcək.

 

31-ci tur (10 may)

12:00 «Zirə» - «Keşlə»

(Aviasiya Akademiyasının stadionu)

 

12:00 «Turan» - «Vətən»

(Tovuz şəhər stadionu)

 

13:00 «Səbail» - «Neftçi» İK İB

(«Bayıl Arena»)

 

14:00 «Qəbələ» - «Neftçi»

(Qəbələ şəhər stadionu)

 

16:00 «Kəpəz» - «Qarabağ»

(Gəncə şəhəri, TİM-nin meydan)

 

Cəza səbəbindən turu buraxacaq futbolçuların siyahısı: Ağamalı İmaməliyev, Vaqif Ağadadaşov (hər ikisi «Neftçi» İK İB), Samir Qasımov, Həzrət İsayev (hər ikisi «Zirə»), Hüseyn Mürsəlov («Qəbələ»).

 

Bombardir: Emil Quluzadə («Vətən») – 24 qol.

 

«Het-trik news» qəzetinin və Sportinfo.az saytının birgə layihəsi





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right