"Səbail"dən ayrılır: "Yaxın gələcəyimi bu çempionatda görürəm"

Moldovalı futbolçu Yevgeni Koçuk mövsüm başa çatdıqdan sonra "Səbail"i tərk edəcək. 

Newsport.az xəbər verir ki, bu barədə məlumatı 25 yaşlı futbolçu özü verib. O, müqavilə ilə məxsus olduğu Slovakiyanın "Jilina" klubuna qayıdacağını bildirib

"Daimi oyun təcrübəsi mənə lazım idi. "Səbail"də sabit çıxış etdiyim üçün şadam. Həmişə olduğu kimi, mənfi məqamlar da var, amma müsbət məqamlar daha çoxdur. Fikrimcə, Azərbaycan çempionatındakı çıxışım kifayət qədər uğurludur. "Jilina" ilə müqavilə müddətim davam edir. Mövsüm başa çatdıqdan sonra Slovakiyaya qayıdacam. Yaxın gələcəyimi bu çempionatda görürəm".

Qeyd edək ki, Koçuk qış transfer dönəmində "Səbail"in sıralarına qoşulub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right