Pedro Enrike: "Mövsüm başa çatdıqdan sonra Salonikiyə gedəcəyəm"

"Azərbaycan çempionu olduğumuza görə xoşbəxtəm. Bu, mənim üçün çox vacib tituldu".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın braziliyalı futbolçusu Pedro Enrike deyib.  

27 yaşlı hücumameyilli futbolçu "Qarabağ"ın uğurlarından danışıb, klubun yeni mövsümdə də avrokuboklarda uğurlu çıxış edəcəyinə inandığını bildirib: "Mən "Qarabağ"a Çempionlar Liqasında kömək etmək üçün və mükafat qazanmaq üçün gəlmişəm. Bizim gözəl kollektivimiz var, komanda yoldaşlarıma görə çox şadam. "Qarabağ" yeni mövsümdə də avrokuboklarda uğurlu nəticələr əldə etməyə çalışacaq". 

Müqavilə ilə Yunanıstanın PAOK klubuna məxsus olan futbolçu "Qarabağ"da qalıb-qalmayacağı ilə bağlı sualı belə cavablandırıb: "Bu məsələ barədə danışmağa çətinlik çəkirəm. Çünki bu, mənim işim deyil. Məsələ klublar arasında həll olunur. Mövsüm başa çatdıqdan sonra Salonikiyə gedəcəyəm və PAOK rəhbərliyi ilə danışığımız olacaq. "Qarabağ"a böyük hörmətim var, amma müqavilə ilə PAOK-a məxsusam".

Qeyd edək ki, PAOK klubu Pedro Enrikeni 5 milyon avroya satmağa hazırdı. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right