"Kəpəz" "Zirə" ilə oyuna Bakıda hazırlaşır

Premyer Liqasının 27-ci turunda səfərdə "Zirə" ilə qarşılaşacaq "Kəpəz" bu matçın hazırlıqlarını davam etdirir.

Newsport.az
klubun rəsmi saytına istinadən xəbər verir ki, "sarı-göylər" Bakıda məşq edir. Komanda Bakı Olimpiya Stadionunun yardımçı meydançasında hazırlaşır. Çalışmalar hər gün saat 11:00-da başlayır.

Qeyd edək ki, mayın 12-də keçiriləcək "Zirə" - "Kəpəz" oyunu saat 19:00-da başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right