I Divizionda cəzalar müəyyənləşib

Bu gün AFFA İntizam Komitəsinin iclası baş tutub.

Newsport.az-ın məlumatına görə, keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub:

I Divizionun XXVI turunun “Mil-Muğan” – “Şüvəlan” matçında 89-cu dəqiqəsində “Mil-Muğan” klubunun 14 №-li futbolçusu Elnur Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.

I Divizionun XXVI turunun “Turan Tovuz” – “Qaradağ Lökbatan” matçında “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Oyunun 89-cu dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 17 №-li futbolçusu Sabir Allahquliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyunluq cəzalanır, klub 240 manat cərimə olunur.

I Divizionun XXVI turunun “Xəzər” – “Zaqatala” matçının 82-ci dəqiqəsində “Zaqatala” klubunun 14 №-li futbolçusu Roini İsmayılov rəqibi təhqir etdiyinə görə meydançadan kənarlaşdırılıb. Futbolçu bu səbəbdən 3 oyunluq cəzalanır, klub 160 manat cərimə olunur.

Oyunun 82-ci dəqiqəsində “Xəzər” klubunun 14 №-li futbolçusu Tural Qürbətov rəqibi təhqir etdiyinə görə meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyunluq cəzalanır, klub 160 manat cərimə olunur.

I divizionun XXVI turunun “Ağsu” – “Binə” matçında “Binə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Oyunun 90+1-ci dəqiqəsində “Ağsu” klubunun 11 №-li futbolçusu Qalib Əmrahov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyunluq cəzalanır, klub 240 manat cərimə olunur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right