Azərbaycanlı hakim Serbiya - Almaniya qarşılaşmasına təyinat aldı

FİFA referi köməkçisi Rza Məmmədovun 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsindəki növbəti təyinatı məlum olub.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı hakim D qrupunun Serbiya - Almaniya qarşılaşmasında iş başında olacaq. Oyunun baş hakimi Irlandiya Futbol Federasiyasından Harvey Robert  olacaq

Qarşılaşma mayın 8-i  Bakı vaxtı ilə saat 16.00-da keçiriləcək.

Qeyd edək ki, Rza Məmmədovun bundan öncə təyinat aldığı iki oyundakı işi hakim-inspektorları tərəfindən yüksək qiymətləndirilib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right