"Xəzər Lənkəran"a texniki məğlubiyyət veriləcək

Mayın 7-də «Bakcell U-17 Liqası»nda 31-ci turun oyunları keçirildi.

Newsport.az-ın məlumatına görə, turun mərkəzi qarşılaşması «Bayıl Arena»da baş tutdu.

Burda ikincilik uğrunda mübarizə aparan və eyni xala malik «Səbail»lə «Neftçi» qarşılaşdı. Prinsipiallıq nəzərə alınaraq oyuna FİFA referisi Rəhim Həsənov təyinat almışdı.

 

Ona laysmanlar Knyaz Əmiraslanovla Rahil Ramazanov kömək edirdilər. Matçın dördüncü hakimi isə Səbuhi Bayramov idi. Gərgin mübarizə şəraitində keçən oyunda «Səbail» 3:0 hesabı ilə qalib gəldi.

 

Rəhim Həsənovun hələ 1-ci hissənin gedişində «Neftçi»nin 2 futbolçusunu meydandan qovduğunu da qeyd etməliyik.

 

Bürünc medallara ümidli «Keşlə» və «Qarabağ» uyğun olaraq «Ağsu» və «Mil Muğan»la oyunda 3 xalı aktivinə yaza bildi.

 

Nəzərdə tutulan 6 oyundan biri baş tutmadı. Söhbət «Kəpəz» - «Xəzər Lənkəran» matçından gedir. Qonaqlar avtobuslarının nasaz olması üzündən səfərə çıxa bilmədilər və onlara texniki məğlubiyyət veriləcək.

 

Bu, İntizam Komitəsinin çərşənbə axşamı keçiriləcək iclasında rəsmiləşəcək. Hər halda qərarın rəsmiləşməsi formal olduğundan turnir cədvəlində bu oyunu nəzərə almışıq.

 

«Səbail» - «Neftçi» 3:0

Qollar: Xəyal Bədirov, 14; Raul Həsənzadə, 38; Xəlil Bəşirov, 53.

Qırmızı vərəqə: Nihad Qurbanlı, 37; İlkin, Əbiyev, 40 (hər ikisi «Neftçi»)

 

«Keşlə» - «Ağsu» 2:1

Qollar: Uğur Cahangirov, 6, 86 (pen.) – Elman Dursunəliyev, 55.

 

«Neftçi» İK İB – «Zirə» 0:2

Qollar: Murad Məmmədov, 59; Seyxan Fərəcov, 61.

Qırmızı vərəqə: Yaqub Hüseynov, 42 («Neftçi» İK İB)

 

«Mil Muğan» - «Qarabağ» 0:3

Qollar: Araz Səlimov, 21; Hüseyn Ələsgərov, 28; Cavad Əkbərov, 79.

 

«Qəbələ» - «Sumqayıt» 5:1

Qollar: Təbriz İsazadə, 10; 45+1; Nicat Oruclu, 23, 53; Hüseyn Mürsəlov, 65 – Ramil Zahidov, 83.

 

«Kəpəz» - «Xəzər Lənkəran» +:- (3:0)

 

U-17 Liqasında 32-ci və 33-cü turun təqvimi belədi: 32-ci tur (14 may): «Qəbələ» - «Kəpəz», «Sumqayıt» - «Mil Muğan», «Qarabağ» - «Neftçi» İK İB, «Zirə» - «Keşlə», «Ağsu» - «Səbail», «Neftçi» - «Xəzər Lənkəran».

 

33-cü tur (21 may): «Kəpəz» - «Neftçi», «Xəzər Lənkəran» - «Ağsu», «Səbail» - «Zirə», «Keşlə» - «Qarabağ», «Neftçi» İK İB – «Sumqayıt», «Mil Muğan» - «Qəbələ».

 

Bombardirər: Xəyal Bədirov («Səbail») - 26 qol, Nicat Musayev («Neftçi»), İbrahim Novruzov («Sumqayıt»), Xəlil Bəşirov («Səbail») – 25 qol, İbrahim Camalov («Qəbələ») – 21 qol.

 

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right