İlham Əliyevdən Avropa Liqasının finalı ilə bağlı sərəncam

Prezident İlham Əliyev futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

Newsport.az-ın məlumatına görə, sərəncama əsasən Təşkilat Komitəsinin sədri Baş nazirin birinci müavini Yaqub Eyyubov, sədrin müavini isə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti, UEFA Avropa Liqasının final oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı əməliyyat işlərinin rəhbəri Rövnəq Abdullayev təyin edilib. 

Sərəncama əsasən Futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı bütün təşkilati işlərin icra olunması, UEFA ilə əlaqələndirmə işlərinin aparılması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə olunub.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb Təşkilat Komitəsinə təqdim etməlidir.

Sərəncamda deyilir ki, Azərbaycanın artan beynəlxalq nüfuzu və idmana dövlət qayğısı sayəsində hər il ölkəmizdə beynəlxalq səviyyəli müxtəlif idman yarışları, o cümlədən dünya və Avropa çempionatları keçirilir. Belə yarışlar sırasında futbol xüsusi yer tutur.

17 yaşınadək qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə və 17 yaşınadək kişilər arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir. Eyni zamanda, ölkəmiz 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununa (üç qrup və bir ¼ oyunu) ev sahibliyi edəcək.

2017-ci il sentyabrın 20-də Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib. Nüfuzlu turnirin final oyununun Bakı şəhərinə həvalə edilməsi ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə beynəlxalq və Avropa futbol qurumları tərəfindən verilən yüksək qiymətin göstəricisidir.

Bu oyunların Bakıda təşkili futbolun daha da inkişafına, ölkəmizdə idman sahəsində həyata keçirilən dövlət siyasətinin gücləndirilməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində önəmli yer tutmasına şərait yaradacaq.
 

Təşkilat Komitəsinin sədri
Yaqub Eyyubov
 
-
 
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
 
Təşkilat Komitəsinin sədr müavini
Rövnəq Abdullayev -
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Prezidenti, UEFA Avropa Liqasının final oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı əməliyyat işlərinin rəhbəri
 
Təşkilat Komitəsinin üzvləri
Yusuf Məmmədəliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri
Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri
Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri
Mikayıl Cabbarov - Azərbaycan Respublikasının vergilər naziri
Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət naziri
Ramin Quluzadə - Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Ceyhun Bayramov - Azərbaycan Respublikası təhsil naziri
Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Mədət Quliyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Vüsal Hüseynov - Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi
Cahangir Əsgərov - “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Etibar Pirverdiyev - “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Balababa Rzayev - “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
Çingiz Hüseynzadə - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin  vitse-prezidenti
Anar Ələkbərov - Heydər Əliyev Mərkəzinin direktoru
Vüsal Kərimli - Bakı Nəqliyyat Agentliyinin direktoru
Elxan Məmmədov - Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Baş katibi, UEFA Avropa Liqasının final oyununun Bakı şəhərində keçirilməsi üzrə əlaqələndirici.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right