ŞOK! Kamran Quliyev "Tərlan Əhmədov getsin" dedi FOTOFAKT

"Neftçi”də baş məşqçi ilə rəhbərlik arasında uçurum dərinləşməkdədi.
 
Newsport.az-ın məlumatına görə, dünən Tərlan Əhmədov özü də rəhbərliyin ondan xəbərsiz futbolçularla görüş keçirdiyini etiraf etmişdi.
 
Bu gün isə "Neftçi”nin azarkeş səhifələrindən biri "Facebook"da "Tərlan Əhmədov getsin, ya qalsın” sorğusu ilə sorğu keçirib. Sorğuda iştirak edən Kamran Quliyev baş məşqçinin getməli olduğunu düşünür və bunu "getsin” cavabına səs verməklə göstərib.
 
Kamran Quliyev profilin ona məxsus olmadığını iddia edə bilər. Amma Kamran F. Quliyev adına qeydiyyatdan keçən həmin profilə qısa səyahət etmək kifayətdi ki, onun məhz "Neftçi”nin prezidenti tərəfindən idarə olunduğuna əminlik yaransın.
 
 
ŞOK! Kamran Quliyev
ŞOK! Kamran Quliyev
ŞOK! Kamran Quliyev
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right