"Ustalıq səviyyəmizi artırmalıyıq" millimizin baş məşqçisi

“Turnirdə çox güclü komandalar iştirak edir. Yeganə mənfi tərəfi oyunların hər gün keçirilməsidir. İstirahətə və bərpa keçməyə zaman qalmayacaq”.

Newsport.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri U-19 millimizin baş məşqçisi Vüqar Məmməd Slovakiyada keçirilən beynəlxalq turnirdə Maracrıstana məğlubiyyyətdən (0:1) sonra deyib.

Komandasının çatışmazlıqlarından danışna gənc çalışdırıcı futbolçuların istəkli olmasını da vurğulayıb: “Təəssüf ki, çox qol vəziyyətləri yaratmağımıza baxmayaraq, qələbə qazana bilmədik. Rəqib cərimə zərbəsindən sonra qol vurdu və bunun sayəsində qələbə qazandı. Amma futbolçularımızda istəyin olması sevindirici haldır. Növbəti oyunlarda xarakter nümayiş etdirib daha yaxşı oyun sərgiləcəyimizə və müsbət nəticə qazanacağımıza inanıram. Həmçinin, çalışıb ustalıq səviyyəmizi də artırmalıyıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right