Maksim Medvedev: "Təcrübəli oyunçular meydanda olmayanda bir az çətinliklər olur"

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev “Neftçi” ilə matçdan sonra (0-1) Newsport.az saytına müsahibə verib: 
 
 
- Komanda nəyə görə bu oyunda məğlub oldu?
- Bugünki oyuna yaxşı hazırlaşmışdıq. Biz hər oyun qalib gəlmək istəyirik. İstəyimiz də çox idi. Amma rəqibin istəyi bizi üstələdi. Öz səhvimizdən qol buraxdıq. Ümumiyyətlə, oyunumuz da alınmırdı. Hiss olunurdu ki, mövsümün sonlarıdı. Sanki bir az arxayınçılıq da var idi. Ona görə də bəzi şeylər bizdə alınmayıb. “Keşlə” və “Qəbələ” ilə oyunlarımız qalıb. Çalışacağıq ki, daha yaxşı oynayaq. SƏhvlərimizi təkrarlamamağa çalışaraq, yaxşı nəticə qazanmağa can atacağıq.
 
- Səncə, bu hesab müəyyən söz-söhbətlərə gətirib çıxaracaq?
- Hansı söhbətlərə?
 
- “Neftçi”yə xal daha çox lazım idi...
- Bununla deyilki. “Zirə” ilə də oynadıq, sona qədər. “Neftçi” ilə görüşdə isə qol imkanlarımızdan istifadə edə bilmədik. Fikrimcə, oyun baxımından yaxşı oynadıq, istək isə “Neftçi”də yaxşı idi. 
 
- Hücumçularınız niyə fərqlənə bilmədi?
- Həm hücumçularımızda, həm də yarımmüdafiəçilirmizdə qol vurmaq şansı var idi. Sadəcə alınmadı, son nöqtəni qoya bilmədik. Əgər son nöqtəni qoya bilsəydik, “Neftçi” 3-4 qol vura bilərdik.
 
- Coşqun Diniyevin etdiyi səhv haqda nə deyəcəksən?
- Belə səhvlər olur da. “Real”ın oyununda da belə səhv olmuşdu, Kərim Benzema belə qol vurmuşdu. Futboldu da, böyük komandalar da belə şeylər olur. Əsas odu ki,həmin səhvdən sonra sınmayasan, oyuna davam edə biləsən. Çalışasan ki, səhvi düzəldəsən.
 
- Fasilədə Coşqun Diniyev həmin epizoddakı səhvi necə izah etdi?
- Coşqun elə bir şey demədi. Futboldu da olur belə şeylər. Baş məşqçimiz ona pis mənada bir söz demədi, irad bildirmədi. Sadəcə gördü ki, Coşqun psixoloji cəhətdən düşüb və belədə qərar gəldi ki, meydana buraxmasın. Onun yerinə Qara Qarayevi buraxdı.
 
- Bəlkə futbolçular yavaş-yavaş Çempionlar Liqasını düşünməyə başlayıb...
- Ola bilər də. Çempionatda qalib gəlmişik. Fikrimiz bu dəqiqə Çempionlar Liqasındadı. Ancaq bu oyunlara da məsuliyyətsiz yanaşa bilmərik. Çünki biz peşəkarıq, sona qədər mübarizə aparmalıyıq, üstəlik performansımız da yüksəlməlidi. 
 
- Riçard Almeyda və Rəşad Sadıqov meydanda yox idi. Doğurdanmı bu iki futbolçu “Qarabağ” üçün böyük əhəmiyyət kəsb edir?
- Bu cür təcrübəli oyunçular meydanda olmayanda bir az çətinliklər olur. Oyunu ələ almaq lazım olur. Amma onlar yox idi. Taktiki dəyişikliklər də oldu. Bəzi epizodlarda oyunçular da bir-birini başa düşmürdü. Onlar olsaydı, daha yaxşı olardı. Amma hamı istəyərdi ki, onlar meydanda olsun. Onların yerinə meydanda olanların da mübarizə apardıqlarını düşünürəm.
 
- Çempionlar Liqasında uğurlu çıxış etmək üçün səviyyəli forvardlar lazımdı “Qarabağ”a?
- Əlbəttə ki, Çempionlar Liqasında yaxşı çıxış etmək üçün hər bir komandaya yaxşı futbolçular lazımdı. Amma unutmayaq ki, hər bir klubun öz büdcəsi var. Artıq biz bura Kriştiano Ronaldonu gətirə bilmirik. Çünki bahalı futbolçudu. Komandanın istədiyi futbolçular da bura gəlməyə razılıq vermir. Çünki baxırlar ki, çempionatda cəmi 8 komanda var. Görürlər ki, “Qarabağ”dı bir dənə Çempionlar Liqasında oynayan. Ona görə də bura futbolçu gətirmək çətin olur. Komanda istəyərdi ki, buraya büdcəsinə uyğun çox futbolçu gətirsin. Ehtiyacımız var, hər bir mövqeyə. Nəinki hücumda hər bir mövqedə. Çünki buil bir çox futbolçunun müqaviləsi də başa çatır. Necə olacaq, hansı oyunçular gedəcək, hansılar qalacaq, sual altındadı bu məsələ. Hazırda baş məşqçimiz bu problemi həll edirlər.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right