Qurban Qurbanoov: "Hamı burada öz yerini bilir"

Azərbaycan Premyer Liqasının 26-cı turunda evdə “Neftçi”yə uduzan (0:1) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalislərin suallarını cavablandırıb.

Newsport.az xəbər verir ki, Qurbanov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

- Rəqibi təbrik edirəm. Məğlub olsaq da, komandamın oyunundan razı qaldım. Yaxşı futbol izlədik. Hər halda, meydanda mübarizə var idi. Məğlub olmaq istəmirdim. Komandada qalib əhval-ruhiyyəsini qoruyub saxlamaq lazımdı. Neçə oyundu uduzmurduq. Buna görə, komanda daxilində bir həyəcan var idi ki, hər an uduza bilərik.

- Coşqun Diniyevin əvəzlənməsi qol epizodunda yol verdiyi səhvə görə idi?
- Qoldan başqa da, bəzi səhvləri var idi. Buna görə, eyni səhvlərin təkrarlanmaması üçün onu əvəzlədim.

- Riçard Almeydanın oynamamasının səbəbi nə idi?
- O, həm zədəlidi, həm də sarı vərəqəsi var idi.

- Dino Ndlovu sizin barənizdə diktaror olduğunuzu deyib. Onun fikirləri sizi əsəbləşdirmir ki?
- Bunları pis fikir kimi qiymətləndirməzdim. Bu, klubun kodeksində də yazılıb ki, futbolçu intizamlı olmalıdı. Şəxsi həyatına da diqqət yetirməlidi. Fikrimcə, bu, kluba verilən dəyərdi. Elə futbolçularımız var ki, oyun səviyyəsi hərdən aşağı düşür. Onlara nəzarət etmək lazımdı.

- Futbolçuların şəxsi həyatına nəzarət sırf sizin nəzarətinizdədi?
- Bu barədə məlumat verə bilmərəm.

- Bezotosnının milliləşdirilməsi ilə bağlı məlumatlar nə dərəcədə həqiqətəuyğundu?
- Bu barədə mənim məlumatım yoxdu. Ancaq hansısa mövqedə problem olsa, ola bilsin bu addımı nə vaxtsa ata bilək.

- “Qəbələ” ilə son turdakı oyunun Bakıda keçirilməsi ehtimalı var...
- Bu barədə məndə heç bir məlumat yoxdu.

- Oyunun sonunda Ramil Şeydayev və Miçel arasında gərginlik yaşandı. 
- Mən belə bir şey görmədim. Hamı burda öz yerini bilir. Futbolçular özündən böyüyə hörmət edirlər. Məncə, ciddi heç nə yoxdu.

- Çempionluğu təmin etmisiz, ola bilər ki, bəzi legionerləri vaxtından əvvəl istirahətə göndərəsiz?
- Ola bilsin, milli komandanın üzvlərinə bir qədər tez icazə verdim.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right