Tərlan Əhmədov: "Bu söhbəti çempionatın sonuna saxlayaq"

Azərbaycan Premyer Liqasında XXVI turun “Qarabağ” – “Neftçi” (0:1) oyunundan sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi...

- 3 xal bizə vacib idi. Gözəl oyun oldu. Bol qollu da ola bilərdi. Hər halda qələbə qazandıq. Çempionatı daha da gərginləşdirmək baxımından vacib 3 xal idi. Azarkeşlərimizin hər birinə təşəkkür edirəm.

- Bir müddət əvvəl demişdiz ki, avrokuboka qələbə qazansaq belə, istefa verəcəm. İndiki məqamda bu, məntiqsiz görünmür ki?
- Onsuz da, mövsümün sonunda müqavilə müddətim bitir. Mənim qarşıma komandanın yaxşı oyun sərgiləməsi vəzifəsi qoyulmuşdu. Bu barədə mətbuatda müxtəlif xəbərlər dolaşır. Doğrudan da, insan bu söz-söhbətdən artıq bezir. Artıq öz-özümdən şübhələnirəm ki, bunu mən bacarmışam? Qalib olanda, şərik çox olur. Məğlub olanda isə yox. Qarşıda iki tur var. Bundan sonra qalıb-qalmayacağım bəlli olacaq. Ancaq bir də deyirəm, mən komandaya gələndə, qarşıma qoyulan əsas məqsəd 6-7-ci yerləri tutmamaq idi.

- Sadıq Sadıqovdan sonra komanda demək olar ki, avrokubok görməmişdi. İndi dizin dövrünüzdə buna çox yaxındı. Rəhbərlik yrni müqavilə təklif etsə belə, istefa verəcəksiz?
- Bu söhbəti çempionatın sonuna saxlayaq. Mən gələndə rəhbərlik qarşısında şərt irəli sürməmişdim. Heç öz briqadamı da gətirməmişdim. Yalnız qışsa Mehman Babayevi – öz sağ əlimi məşqçilər korpusuna cəlb etdim. Qalası olsam, mənim də şərtlərim olacaq.

- Lukas Qomes son dəqiqələrdə iki imkanı qaçırdı. Onun yerinə əvəzedici heyətdə futbolçu yoxdfumu?
- Vurulan bütün zərbələr qol olsaydı, futbolun gözəlliyi olmazdı. Mirabdulla Abbasov yorulduqdan sonra onun gördüyü iş bizi qane etdi. Müdafiə hücumdan başlayır. Qələbə qazanmışıqsa, deməli onun da zəhməti olub.

- Klubdaxili münaqişələr olduğu deyilir. Yayılan məlumatlar həqiqətdimi?
- Varsa, deməli həqiqətdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right