Pərdis Fərcad Azad: "Həm yerli, həm də xarici klublardan təklif almışam"

"İkinci hissədə yaxşı oynadıq. Düşünürəm ki, hesab oyuna görə oldu. Hər iki komandanın kifayət qədər qol imkanları oldu".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Keşlə"nin hücumçusu Pərdis Fərcad Azad Azərbaycan Premyer Liqasının XXVI turunda "Qəbələ"ilə səfərdə heç-heçə (1:1) etdikləri matçdan sonra deyib.  

Hücumçu oyuna start heyətində başlamamasının səbəbini belə izah edib: "Oynamağa hazır idim. Amma həftə ərzində zədəli olmuşam. Ola bilər ki, ona görə baş məşqçimiz mənə start heyətində şans vermədi. Gələn oyunda start heyətində meydana daxil olmaq istəyirəm". 

Pərdis "Keşlə"nin son oyunlardakı uğurunun səbəbini açıqlayıb: "Qış fasiləsindən sonra sistemimiz dəyişdi, komandamıza yeni oyunçular cəlb olundu. Məncə, buna görə yüksəlişdəyik". 

Millimizin keçmiş üzvü kubokun finalında "Qəbələ"yə qarşı keçirəcəkləri matçdan söz açıb: "Final bir qədər fərqli olacaq. Hər iki komanda oyuna böyük həvəslə çıxacaq. Fikirləşmirəm ki, "Qəbələ" evdə oynadığı üçün üstün tərəf olacaq. Şanslarımız bərabərdi. İnşallah, qələbə qazanan tərəf olacağıq". 

Yayda klubla müqaviləsi başa çatacaq forvard sərfəli təkliflər aldığını açıqlayıb: "Klubdakı gələcəyimlə bağlı heç nə bilmirəm. Təkliflər var, heç kimlə danışıq aparmamışam. Həm yerli komandalardan, həm də xarici ölkələrdən təklif almışam". 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right