Vaqif cavadov: "Bu barədə nəsə deməyə ehtiyac yoxdu"

"Keşlə" Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib. Qarşılaşmadan sonra paytaxt təmsilçisinin kapitanı Vaqif cavadov jurnalistlərin suallarını cavablandırıb. 

Newsport.az təcrübəli futbolçunun müsahibəsini təqdim edir:

- Bu gün 2 xalı kim idtirdi? "Keşlə", yoxsa. "Qəbələ"?

- Çətin sualdı. Hər iki komanda qalib gəlmək istəyirdi. İki komandanın da qol vəziyyətləri oldu. Bizim epizodlarımız rəqibdən daha çox idi, lakin fürsətlərdən istifadə edə bilmədik. Yaxşı oyun alındı. İki komanda da mübarizə apardı. Stadion əla idi, əsl futbol havası var idi. Önümüzə baxırıq. Azərbaycan Kubokunun finalına hazırlaşırıq.

- Bu günkü matçı finala hazırlıq adlandırmaq olar?

- Yox, elə deməzdim. Hamı eyni qaydada hazırlaşır. Digər oyunlara necə hazırlaşırıqsa, "Qəbələ" ilə final matçına da o cür hazırlaşacağıq. Kim güclü olacaqsa, o da qalib gələcək. Hər iki komandaya da uğurlar arzu edirəm. 

- Hər iki komanda bu gün açıq oyun oynadı...

- Məncə də elə oldu. 90 dəqiqə meydanda açıq futbol getdi. Nə biz heç-heçə istəyirdik, nə də onlar. 

- Mövsümün sonunda "Keşlə" ilə müqavilən bitir. Nə qərar vermisən?

- Hələ heç bir qərar verməmişəm. Kubokun finalından sonra hər şeyə aydınlıq gələcək.

- Kubokun finalının Qəbələdə keçirilməsi sizə necə təsir edəcək?

- Bu barədə nəsə deməyə ehtiyac yoxdu. Finalın harada keçiriləcəyinə əvvəlcədən qərar verilib. Harda olacaqsa, orada da çıxıb oyunumuzu oynayacağıq.

- Bunu "Qəbələ" üçün üstünlük saymaq olar?

- Heç bir üstünlüyü yoxdu. Bu gün də "Qəbələ" ev sahibi idi. Amma oyun göstərdi ki, hər şey ola bilər. Biz futbolçuyuq. Harada desələr, oynayacağıq. Sadəcə ot örtüyünə öyrəşmək lazımdı. Biz süni örtüklü meydanda oynayırıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right