"Qələbə hissini çoxdandı hiss etmirdik" "Zirə"nin məşqçisi

Azərbaycan Premyer Liqasının 26-cı turunda “Səbail” "Zirə"ni qəbul edib. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunnlaşıb.

Newsport.az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında "Zirə"nin məşqçisi Elnur Çodarov oyun haqda danışıb

- Rəqibi təhlil etmişdik. Bilirdik ki, bizi çətin səfər gözləyir. Samir Əliyevin komandasının çox əzmkar olduğu göz qabağındaddı. Bunda da baş məşqçinin işi görünür. Samir müəllim qış fasiləsindən sonra daha yaxşı komanda formalaşdırıb. Buna görə onu təbrik edirəm. Bizə gəlincə, nəyin hesabına qələbə qazanmalı idik. Bunu əzimkarlıq, ruh yüksəkliyi həlledici oldu. Rəhbərliyə təşəkkür edirik ki, arxamızda dayanlıblar. Qalan oyunlarımız finala bərabərdir. 5-ci yeri təmin etmişdik. Qalan 2 oyunu da inşallah, udacağıq.

- Son 2 oyunda komandanın oyunun dəyişiklik hiss olunur. Bu, nəyin hesabına olub?

- Əlbəttə, itkilərimzi vardı. Elə olub ki, yanvardan sonra 9-10 futbolçumuz olmayıb. Bu gün iki mərkəz müdafiəçimiz yox idi. Məcburiyyətdən Vüqar Mustafayevi arxada oynatdıq.

- "Zirə" bu ilk ilk qələbəsini qazandı. Maraqlıdı, qələbə hissini yaddan çıxarmışdınız?

- Yox. Sadəcə, çoxdandı hiss etmirdik. Doğrudan da qələbə şirin şeydi. Ayxan müəllim də bunu oytundan sonra vurğuladı.

- Vüsal İsgəndərliyə tez-tez xəbərdarlıq edirdiniz. Bunun səbəbi nədi?

- Vüsalın 3 sarı vərəqəsi vardı. Ona deyirdik ki, 4-cünü alıb cəzalı duruma düşməsin. Vüsalı itirmək istəmirdik. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right