Minifutbol üzrə Alfa Liqanın püşkü atıldı FOTOLAR

Ölkəmizdə minifutbolun inkişafı və kütləviləşdirilməsi yönündə təsis edilmiş “Azərbaycan MiniFutbol Assosiasiyası” (AMFA) “Bakcell”in baş sponsorluğu ilə Alfa Liqa adlı yeni layihəsini futbol həvəskarlarına təqdim edib.

Newsport.az-ın məlumatına görə, Bakı Biznes Mərkəzində yerləşən Şam Bulvar restoranında Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı və "Baksell"in sponsorluğu ilə keçirilən minifutbol üzrə Alfa Liqanın püşkatma mərasimi baş tutub. 

Tədbir açıq elan edildikdən sonra söz Azərbaycan MiniFutbol Federasiyasının baş katibi Azər Hüseynova verilib. Federasiya rəsmisi çıxışında minifutbol üzrə yığma komandamızın baş məşqçininin adını açıqlayıb. Məlum olub ki, yığmamızı PRO kateqoriyalı mütəxəssis, hazırda futzal üzrə Yüksək Liqada 2-ci pillədə qərarlaşan "Marafon" komandasının sükanı arxasında olan Elşad Quliyev çalışdıracaq. Videorolikin nümayişi ilə paralel Alfa Liqanın formatı və qalibə veriləcək kubok haqqında danışan Hüseynov çempion olacaq komandanın ölkəmizi sentyabr ayında Sloveniyada təşkil olunacaq minifutbol üzrə Avropa Çempionlar Liqasında təmsil edəcəyindən də bəhs edib. Daha sonra çempionatın püşkatmasına start verilib. Bunun üçün baş sponsor olan "Bakcell"in nümayəndəsi Elnur Səfərov, "Azfar Group"dan Mahir Cəbiyev, "Zirə" futbol klubunun prezidenti Natiq İsmayılov və Elşad Quliyev səhnəyə dəvət olunub. Əvvəlcə 8 qrupun birinciləri müəyyən edilib. Ardınca hər qrupda yer alacaq 2-ci, 3-cü və 4-cü komandaların adlarına aydınlıq gəlib. Qrupların tərkibinə aydınlıq gəldikdən sonra MiniFutbol Federasiyasının baş katibi Azər Hüseynov Alfa Liqanın qaydaları və normativləri haqqında bilgi verib.

Qeyd edək ki, Alfa Liqa mayın 19-da start götürəcək.

Alfa Liqa 

A qrupu

İOSC

Rezident

Pepsi 

Baktelekom

B qrupu

İCE

Sirab

Turin

Carclub

C qrupu

Eminspor

Avengers

Azersun

TOTA

D qrupu

Mr. Fix

KATV

Sky Travel

Zirə

E qrupu

Uğur 

Vur Komandir

Archico

Galaxy

F qrupu

LSS

Sirena Motors

Kapitanlar 

Bayern Bakı

G qrupu

Timsport

Universal

Peçat Dönər

Azfar Group

H qrupu

Borçalı 

Maştağa

Bərdə Aristokrat

STP

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right