"Zirə" 11 turdan sonra qələbə qazandı, "Qəbələ" avrokuboklarda Yenilənib

Azərbaycan Premyer Liqada 26-cı turun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, bu gün daha iki görüş keçirilib.

Çempionatın debütantı "Səbail" öz meydanında "Zirə"ni qəbul edib. Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, "Zirə"nin qış fasiləsindən sonra ilk qalibiyyəti olub. Komanda 11 matç idi ki, qalib gələ bilmirdi. 

Digər oyunda isə "Keşlə" ikincilik uğrunda yarışan "Qəbələ"nin qonağı olub. Görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, tura sabah keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu ilə yekun vurulacaq.

5 may (şənbə)

17:00.“Səbail” – “Zirə” - 0:1 
Qol: 
Müşfiq İlyasov, 16
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Orxan Məmmədov 
 “Bayıl Arena”

19:00.“Qəbələ” – “Keşlə” - 1:1 
Qol: 
Slavik Alxasov, 11(0-1), Stiven Monroz, 31 (1:1)
Hakimlər: Rəvan Həmzəzadə, Elşən Acalov, Məmmədəli Kərimov, Ömər Paşayev
Qəbələ şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right