Elşad Əhmədov "Xəzər"lə bağlı yeniliyin olmadığını açıqladı: "Ondan sonra nələrin baş verəcəyini bilmirəm"

"Uşaqlar sağ olsunlar, çempion olduq. Hamı bu uğur üçün əlindən gələni etdi".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Xəzər"in baş məşqçisi Elşad Əhmədov deyib.  

Birinci divizion təmsilçisi mövsümün sonuna 1 tur qalmış çempionluğunu rəsmiləşdirib. "Zaqatala" üzərində qələbə qazanan paytaxt təmsilçisinin baş məqşçisi öncə oyun haqda fikirlərini bildirib: "Zaqatala" ilə oyunun gərgin keçəcəyi heç kimdə şübhə doğurmurdu. Olduqca çətin matç alındı. Hesabda geri düşsək də, əzmkar oyunla qalib gəldik. Futbolçular meydanda əsl xarakter nümayiş etdirdilər. Əziyyət çəkərək çempion oldular".

Gənc mütəxəssis bildirib ki, qış fasiləsi zamanı komandasının çempionluğuna inanmırmış: "Sizə deyim ki, çempionluğa inanmırdım. Qış fasiləsinə komanda son pillələrdə yollanmışdı. Sadəcə, rəqiblərin səhvlərindən istifadə edə bildik. "Qaradağ Lökbatan" xallar itirməsəydi, necə çempion ola bilərdik? Onlar heç-heçələr və məğlubiyyətlə xallar itirdi, biz də qələbələrlə irəli gedə bildik. Çətin iş idi".

Elşad Əhmədov "Xəzər"in Premyer Liqaya çıxmaq şanslarını belə dəyərləndirib: "Bu haqda yenilik yoxdur. Bu işlə rəhbərlik məşğul olur. Hələ çempionatın sonuna bir tur qalıb. Ayın 11-də "Şüvəlan"la çempionatda son görüşə çıxacağıq. Ondan sonra nələrin baş verəcəyini bilmirəm. Tam dəqiq nəsə yoxdur".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right