"Avrokubokar üçün sonadək mübarizə aparacağıq" - Samir Abbasov

"Qələbə qazanmaq istəsək də, vacib xalı aparırıq. İstəyimizin nəticəsidi ki, heç olmasa 1 xalı qoparırıq".

Newsport.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abbasov deyib.  "Kimyaçılar" Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə "Kəpəz"in qonağı olub.  Görüş 1:1 hesablıə bərabərliklə başa çatıb. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib.  O, Avropa Liqasına vəsiqə qazanmaq üçün sona qədər döyüşəcəklərini dildirib: "Bu il alnımıza yazılıb ki, axıradək didişəcəyik. İşimiz asan olmayacaq. Son iki oyunumuz evdədi. Düzdü, bu, böyük üstünlük vermir. Çünki keçən tur öz meydanımızda "Səbail"ə uduzduq. İstənilən halda, avrokubokar üçün sonadək mübarizə aparacağıq".

 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right