Zaur Axundov "Keşlə"nin məşqçilərinin pulunu vermir

«Keşlə»nin Müşahidə Şurasının sədri Zaur Axundov növbəti dəfə dilinə yalan gətirməli olub.

Newsport.az-ın məlumatına görəo, klubun uşaq futbol akademiyasında çalışan məşqçilərin və texniki personalın ötən ilin iyun ayına olan maaşlarını hələ də ödəməkdən yayınır.

Onlar köhnə borcu qaytarması xahişi ilə qapısını döyənlərə hər dəfə bir vəd versə də, sözünün arxasında dayanmayıb.

Axundov sonuncu dəfə əməkhaqlarını mayadək ödəniləcəyini bildirib, gəl ki, bu, yenə büdcədə nəzərə alınmayıb.

Görəsən, hörmətli Zaur bəy niyə belə edir? Hamıya qaranlıq qalan bu suala ondan savayı kim cavab verə bilər ki?

Təəssüf ki, kubokun finalına vəsiqə qazanan klubun şefi bu kimi məsələlərə biganə yanaşır, onun üçün xırda olan problemin həllinə çalışmır. «Keşlə»nin gələcəyi akademiyanın necə fəaliyyət göstərməsindən asılıdı.

Burda işləyən məşqçilər elə də böyük əməkhaqqı almır. Cüzi maaşla başlarını birtəhər dolandırırlar. Axundovun fikri, görünür, özünə və yaxın çevrəsinə gedib.

Ona görə də uşaq futbolunda can qoyanların gün-güzəranı, hansı çətinliklərlə üzləşməsi, bu pula nə boyda ehtiyaclarının olmasının fərqində deyil. 

SPORTİNFO.AZ 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right