Ənənəvi Heydər Əliyev Kuboku keçiriləcək

Naxçıvan Muxtar Respublikasında futbol üzrə ənənəvi Heydər Əliyev Kuboku keçiriləcək.

Newsport.az saytının məlumatına görə, ardıcıl iki ildir təşkil edilən yarış I Divizion komandalarının və yerli “Araz Naxçıvan”ın iştirakı ilə reallaşır. Dairəvi sistem üzrə keçirilən turnirdə ən çox xal yığıan komanda qalib olur. Bizdə olan məlumata görə, ənənə bu il də qorunacaq. Sadəcə, yarışın tarixi barədə konkret məlumat yoxdur. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, yarışın tarixi yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, bu turnir Naxçıvan Muxtar Respublikasının Gənclər İdman Nazirliyi və Peşəkar Futbol Liqasının birgə təşkilatçılığı ilə həyata keçirilir. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right