“Qarabağ”ın futbolçusu “Verder”in hədəfində

“Qarabağ”ın əvəzedici heyətinin, eləcə də gənclər komandasının üzvü Yaroslav Deda ilə bağlı fikirlər müxtəlifdir.

Newsport.az-ın məlumatına görə, kimi onu sıradan futbolçu hesab etsə də, çox mütəxəssis hücumçunun yüksək keyfiyyətlərə malik olduğunu düşünür. Hətta onun “Qarabağ”ın əsas komandasına və milliyə cəlb olunmaq ehtimalını yüksək qiymətləndirirlər. 

“Qarabağ”a Ukraynanın “Volın” klubundan cəlb olunan Deda buna qədər Ukraynanın aşağı yaş qrupları üzrə müxtəlif komandalarında çıxış edib. Onun  hansı ölkənin əsas millisini seçəcəyi isə dəqiq bilinmir. 

Hazırda dəqiq olan bir informasiya var ki, 1999-cu il təvəllüdlü Deda Almaniyanın sayılıb-seçilən komandasının – “Verder”in maraq dairəsindədir. “Musiqiçilər” oyunçunu gənclər komandasına cəlb edib, əsas komanda üçün hazırlamaq istəyir. Hadisələrin necə cərəyan edəcəyi yaxın gələcəkdə bilinəcək. 

Futbol11.az

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right