"Bakcell Arena" üçün yeni qərar

AFFA və "Bakcell" şirkəti Bakının Nizami rayonu ərazisində yerləşən stadionun "Bakcell Arena" adlandırılması üzrə müqavilənin müddətinin uzadılmasına dair razılığa gəliblər.

Newsport.az xəbər verir ki, əldə edilmiş razılığa əsasən, qeyd olunan stadion növbəti il ərzində də "Bakcell Arena” adlandırılacaq.

Qeyd edək ki, ümumi ərazisi 22 min 500 kv.m. olan stadionun tikintisinə 2010-cu ilin may ayında başlanıb və beynəlxalq standartlara cavab verən arena qısa bir müddət ərzində istifadəyə verilib. Bakcell ilə AFFA arasında bağlanmış müqaviləyə əsasən, stadion 2013-cü ildə əsaslı şəkildə modernləşdirilərək "Bakcell Arena" adlandırılıb. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right