Prezident bölgə klubu ilə bağlı mühüm tapşırıqlar verdi

«Azərenerji»nin prezidenti Etibar Pirverdiyev Qusara səfər edib.

Newsport.az-ın məlumatına görə, o, Şövkət Orduxanovun adını daşıyan stadiona baş çəkib, burda aparılan geniş yenidənqurma işləri ilə yaxından maraqlanıb.

«Şahdağ»ı kurasiya edən Pirverdiyevə məlumat verilib ki, arenanın ərazisində mövcud olan bütün qəzalı tikililər və tribunalar sökülüb.

Bildirilib ki, ən qısa müddətdə qazonun dəyişdirilməsinə başlanacaq. Pirverdiyev sentyabradək bütün işlərin tamamlanmasını tapşırıb.

10 ildən artıqdı Qusarda futbolu yaşadan və bu sahənin inkişafı üçün əlindən gələni əsirgəməyən Etibar bəy yerli azarkeşləri sevindiricək daha bir xəbər verib.

Qeyd edib ki, «Şahdağ»ın yenidən I Diviziona qaytarılması ilə bağlı AFFA prezidenti Rövnəq Abdullayevlə danışıqlar aparacaq və müsbət cavab almağa çalışacaq.

Pirverdiyev Qusar futbolunun böyük ənənələri olduğunu və klubun daha yaxşı nəticələr qazanması üçün mühüm işlər görəcəklərini vurğulayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right