Rəşad Sadıqov: "Hər bir medalın öz dəyəri var"

Bu gün AFFA Gənclər Liqasında 2017/2018 mövsümünün son oyunu baş tutub.

Newsport.az-ın məlumatına görə, “Qəbələ” – “Qarabağ”ın U-19-lardan ibarət  komandaları arasında keçirilən görüşdə bərabərə qalan(0-0) “Qəbələ” çempionluğunu rəsmiləşdirib. Oyundanlar sonra “Qarabağ””ın baş məşqçisi Rəşad Sadıqov əməkdaşımızın suallqdarını cavablandırıb.

O, ilk öncə matç haqda danışıb:

-“Hər bir medalın öz dəyəri var. Yəqin ki, qismətimizdə bu il çempion olmaq yox idi. Düzdür, çox istəyirdik ki, birinci olaq, ancaq alınmadı”.

- Komandanın qışda Çempionlar Liqasındakı çıxışı ilə, hazırki oyunu arasında böyük fərq görünürdü. Bunu nə ilə əlaqələndirərdin?

- Burada heyət başqadır. Bundan əlavə də, fikrimcə, oyunçularım çox yaxşı futbol sərgilədilər. Sadəcə, bir neçə epizod oldu ki, qaçırdıq. Onlardan yararlana bilsəydik, bu gün başqa mövzü haqda danışacaqdıq. Çempionlar Liqası və daxili çempionat oyunları çox fərqlidirlər. Burada səni daha yaxşı tanıyırlar və analiz edirlər. Rəqib daha yaxşı qapanırdı, müdafiə olunurdu. Çünki, onlara bərabərlik sərf edirdi. Oyunçularım da yaxşı idilər. Ancaq sonda nəsə çatışmadı.

- “Qəbələ”nin U-19-lardan ibarət komandasından gözləntiləriniz nədir?

- Bizdə və onlarda çoxlu sayda millinin üzvləri var. Çox şey gözləyirəm. Bunun üçün də öz üzərlərində çalışmalıdırlar. Çünki, beynəlxalq oyunlar daha çətin olur və rəqiblər güclüdürlər.

- U-20 millisinin təlim-məşq toplanışı olacaq. Heyətlər nə zaman açıqlanacaq?

- Hələki  futbolçuları izləyirik. 2-3 gün qalmış heyətlər bəlli olacaq. Bir neçə futbolçu var ki, onlarla yaxından maraqlanırıq. Ölkədən xaricdə çıxış edən oyunçular var diqqətimizdə. Bir futbolçunun isə oyununu xüsusi olaraq gedib izləyəcəm. Əgər lazım olsa, milliyə dəvət etmək fikrimiz var.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right