"Qəbələ"nin baş məşqçisi: "Bunu uşaqlar istədilər və etdilər"

Bu gün AFFA Gənclər Liqasında 2017/2018 mövsümünün son oyunu baş tutub.

Newsport.az-ın məlumatına görə, “Qəbələ” – “Qarabağ”ın U-19-lardan ibarət  komandaları arasında keçirilən görüşdə bərabərə qalan “Qəbələ” (0-0) çempionluğunu rəsmiləşdirib. Oyundanlar sonra “qırmızı qaralar”ın baş məşqçisi Famil Xəlilov əməkdaşımızın suallqdarını cavablandırıb.

O, ilk öncə matç haqda danışıb:

- Çempionluğu sözlə ifadə etmək mümkün deyil. Mübarizə çox güclü şəkildə gedirdi. “Qarabağ”la eyni xala malik idik. Lakin uşaqlar sona qədər vuruşdular və çempion olduq. Təbrik edirəm onları. “Qarabağ”I da təbrik edirəm ki, bu cür güclü kollektiv formalaşdırıblar. Sonda qazanan Azərbaycan futboludur. Mən ümid edirəm ki, bu gün U-19 liqasında çıxış edən hər bir futbolçu, gələcəkdə milli komandaya və klublara çox xeyir verəcək.”.

- Komandaya legioner cəlb etməyi düşünürsünüz?

- Xeyir, akademiyamızda yetəri qədər güclü və perspektivli futbolçular var. Düşünürəm ki, onlardan istifadə etsək daha yaxşı olar.

- Çempionatı məğlubiyyətsiz başa vurdunuz. Bu necə bir hissdi?

- Bunu uşaqlar istədilər və etdilər.

- Razılaşırsınız ki, finala layiq oyun olmadı? 

- Onlara xüsusi bir tapşırıq verməmişdik ki, sırf nəticəyə oynayın. Hər kəsə normal futbol oynamağı tapşırmışdıq. Sadəcə, futbolçular bilirdilər ki, rəqib çox güclüdür və daha ehtiyyatlı olmaq lazımdır.

- Abbaslı Məhəmmədi oyuna daxil etdikdən 5-6 dəqiqə sonra əvəzlədir. Bu nə ilə bağlı idi?

- Məhəmməd istedadlı futbolçudur, lakin meydana daxil olduqdan sonra ayağında zədələri oldu və əvəz etmək məcburiyyətində qaldım.

- Azərbaycan futbolunda özünəməxsus yeri olan Rəşad Sadıqov üzərində qələbə qazandınız. Bunu sizin üçün xüsusi nəticə saymaq olar?

-İlk olaraq futbolçularıma təşəkkür edirəm ki, vediyim tapşırıqların hamısını yerinə yetirdilər. Rəşad Sadıqov isə çox güclü kollektiv formalaşdırıb. Onlara da uğurlar arzu edirəm.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right