Qurban Qurbanov Gənclər Liqasının oyununda

Azərbaycan Gənclər Liqasında mövsümün sonuncu turunun oyunları keçirilir. 

Newsport.az xəbər verir ki, çempionluğun taleyini müəyyənləşdirəcək oyunda "Qəbələ" "Qarabağ"la qarşılaşır. "Kapital Bank Arena"da keçirilən matçı izləyənlər arasında millimizin və "Qarabağ"ın əsas komandasının baş məşqçisi Qurban Qurbanov da var. Qurbanovla yanaşı, "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov, AFFA-nın texniki şöbəsinin direktoru Bernhard Lippert və aşağı yaş qrupları üzrə milli komandalarımızın baş məşqçiləri də oyunu izləyirlər. 

Qeyd edək ki, bu oyunda "Qarabağ"ı yalnız qələbə qane edirsə, "Qəbələ" heç-heçə sayəsində çempionluğunu rəsmiləşdirəcək.   

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right