"Sabah" Arif Əsədovun klubdan ayrılmağını təkzib etdi

Xəbər verdiyimiz kimi I Divizionda çıxış edən "Sabah" klubu baş məşqçi Arif Əsədovla yollarını ayırmağa hazırlaşır. Bunun ardından bəyanat yayan klub, xəbəri təkzib edib. 

Newsport.az xəbər verir ki, paytaxt klubu rəsmi "facebook" hesabında yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini qeyd edib:

"Mətbuatda komandamızın baş məşqçisi Arif Əsədovun mövsümün sonunda klubu tərk edəcəyi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Arif Əsədov komandanın baş məşqçisi vəzifəsini icra etməkdə davam edir. Komandanın növbəti mövsüm üçün planları gələcəkdə qarşıya qoyulacaq hədəflərdən asılı olacaq".

Qeyd edək ki, "Sabah" I Divizionda 25 turdan sonra 36 xalla 5-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right