"Neftçi"də yeni təyinat

“Neftçi” PFK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat olub. 

Newsport.az-ın məlumatına görə, klub rəhbərliyinin qərarıyla bu posta Allahverdiyev Rüstəm gətirilib və mayın 15-dən işinin icrasına başlayacaq.

1987-ci il təvəllüdlü Allahverdiyev Rüstəm Əbülfət oğlu, Bakı Dövlət Universitetinin Jurnalistika və Hüquq fakültələrini bitirib. 31 yaşlı keçmiş idman müxbiri 2011-2015-ci illərdə Zaqatalanın “Simurq” klubunun mətbuat katibi işləyib. Sonuncu iş yeri isə “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin mətbuat xidməti olub.

Qeyd edək ki, buna qədər "Neftçi"də mətbuat xidmətinin rəhbəri vəzifəsində Anar Şabanoğlu çalışırdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right