U-15 Liqası: «Qarabağ» «Qəbələ»yə məğlub oldu

Mayın 1-də “Boulevard U-15 Liqası"nda 27-ci turdan təxirə salınmış 1 oyun keçirilib.

Qəbələdə baş tutan qarşılaşmada «Qəbələ» «Qarabağ»ı qəbul edib.

Oyunda hesabı 10-cu dəqiqədə qonaqlar açsalar da, meydan sahibləri qalan vaxtda 3 qol vuraoaq qələbə qazanıblar.

27-ci tur

«Qəbələ» - «Qarabağ» 3:1

Qollar: Süleyman Damadayev, 20; Xəyal Səmədov, 30; Mehrac Baxşəliyev, 55 – Fidayə Əzizli, 10.

Qələbə sayəsində «Qəbələ» liderliyini qoruyub. Əyalət təmsilçisi ən yaxın izləyicisi «Vətən»i 6 xal qabaqlayır. Amma «Vətən»in 2 oyun az keçirdiyini də qeyd etməliyik. «Qarabağ» isə 45 xalla 5-ci pillədəki mövqeyində qalıb. İndi «Qarabağ»ı 3-cü yerdəki «Zirə»dən 5 xal ayırır. Qalan 3 turda bu fərqi aradan qaldırmaq inandırıcı görünmür. Bu isə o deməkdir ki, «Qarabağ» bu il birinciliyi mükafatçılar sırasında bitirə bilməyəcək.

U-15 Liqasında 28-ci turun oyunları mayın 5-6-da keçiriləcək: «Qarabağ» - «Səbail», «Neftçi» - «Viləş», «Neftçi» İK İB – «Vətən», «Kəpəz» - «Turan», İOEUGİM – «Sumqayıt», «Keşlə» - «Zaqatala», İsgəndər Cavadov BFA – «Zirə». Oyunların başlama vaxtı və yeri haqqında əlavə məlumat verəcəyik.

Bombardirlər: Elvin Abdullayev («Vətən») – 27 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 26 qol.

«Het-trik news» 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right